Martın 13-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli internat məktəbində “Fitnə”, “Şah və xidmətçi” və “Humayın yuxusu” adlı cizgi filmlərinin təqdimatını keçirib. Tədbir Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Bakı Şəhər Kino Xidməti İdarəsi, eləcə də Gözdən Əlillər Cəmiyyətinin “Sərhədsiz kino” layihəsi çərçivəsində hazırlanmış bu filmlər görmə və eşitmə imkanları məhdud uşaqların başa düşməsi üçün tiflo və surdo şərhləri ilə təmin olunub.
Təqdimat mərasimində təhsil, mədəniyyət və turizm, gənclər və idman, rabitə və yüksək texnologiyalar, səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Cizgi filmlərinin təqdimatından sonra şagirdlərin hazırladığı bədii proqram nümayiş olunub.
SEVİL