14 Mart 2015 01:43
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni cüdoçuları Bakıdan medallarla qayıtmaq üçün əllərindən gələni edəcəklər”.

Məlumata görə, bu sözləri Ermənistan cüdo federasiyasının vitse-prezidenti David Xitaryan bildirib.

Ermənistanın Milli Olimpiya Komitəsi martın 10-da keçirdiyi iclasda qərar qəbul edib ki, Bakıda keçiriləcək Avropa oyunlarında Ermənistan güləş, sambo, cüdo, taekvondo, boks və atıcılıq üzrə yarışlarda iştirak edəcək.

"Ermənistanın cüdo federasiyası Avropa oyunlarında iştirak etmək üçün razılıq verib. Erməni cüdoçuları Bakıdan medallarla qayıtmaq üçün hər şey edəcəklər. Düşünürəm ki, təhlükəsizliklə bağlı problemlər yaranmayacaq. Bakıda oyunlarda bizim iştirakımız əhəmiyyətlidir, çünki onlar bizə olimpiya reytinqini gətirə bilərlər. Psixoloji cəhətdən İstənilən nəticəyə hazır olmaq lazımdır", - deyə David Xitaryan bildirib./ans/


Müəllif: