Milli Şuranın martın 15-də «İnşaatçılar» metrostansiyasının yaxınlığında, keçmiş «Məhsul» stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.
Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, Şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun aksiyada olan üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
Bundan başqa MŞ-nin «qaynar xətt» rejimində fəaliyyət göstərən (012) 441 35 30 telefon nömrəsinə də hər hansı müraciət daxil olmayıb.
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin heç də hamısının üzərində «PRESS» yazılmış xüsusi gödəkcələrdə olmadığını qeydə alıb, bununla bağlı müvafiq tövsiyələrini veriblər.