17 Mart 2015 09:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci sınaq imtahanına yazılış başlayıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aprel ayının 12-də TQDK tərəfindən abituriyentlər üçün ikinci sınaq imtahanı keçiriləcək.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb. Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır.

Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.


Müəllif: