18 Mart 2015 08:27
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərenerji" ASC-nin stansiyaların Novruz bayramı günlərində keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Bu barədə "Report"a "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərinin aparılması nəzərdə tutulmur.
Qurum, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatının daha dolğun şəkildə ödənilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirildiyini açıqlayıb. İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib, bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib, əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Həmçinin, bu briqadalar nəqliyyat vasitələri ilə təmin olunub.


Müəllif:

Oxşar xəbərlər