18 Mart 2015 12:41
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ilə birgə əməkdaşlıq çərçivəsində "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının loqosunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq loqo müsabiqəsi elan edilib.

Teleqraf.com-un məlimatına görə, müsabiqə ilə bağlı keçirilən tədbirdə çıxış edən kampaniyanın koordinatoru Sənan Nəcəfov bildirib ki, "Şuşaya Azadlıq" kampaniyası Şura sədri Azay Quliyevin təşəbbüsü ilə 2013-cü ildə başlayıb.

ADTGT sədri Asif Əsgərli bildirib ki, beynəxalq loqonun hazırlanması isə bu sahədə aparılan kampaniya çərçivəsində əhəmiyyətli rol oynadığı üçün müsabiqə elan olunur:

"Loqo Şuşanın tarxini, mədəniyyətini, abidlərini və s. özündə əks etdirilməlidir. Aprelin 28-də müsabiqənin yekunları açıqlanacaq. Mükafat fondu isə iki min manatdır. Eyni zamanda loqo müsabiqəsi başa çatdıqdan sonra may ayının 1-ci həftəsində kampaniya çərçivəində Şuşa ilə bağlı beynəlxalq konfrans keçiriləcək".

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər