19 Mart 2015 01:07
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə Novruz ərəfəsində qar yağıb.

ANS TV-nin məlumatına görə, səhər saatlarından etibarən yağan qar Şəkinin dağ kəndlərini ağ örpəyə bürüyüb. Kənd əhalisi temperaturun aşağı düşməsi və havanın şaxtalı keçməsinin kənd təsərrüfatı və meyvəçiliyə ziyan vuracağından ehtiyatlanır. Digər bir tərəfdən isə sakinlər ötən il baş verən quraqlıqdan sonra mart ayında yağan qarın dağlarda çay sularının artmasına səbəb olacağını deyirlər.

Ötən il bu vaxtları Şəkidə qar yağmadığını deyın sakin Əmrah Məmmədov bildirdi ki, bunun nəticəsində çaylarda suyun səviyyəsi azaldı, quraqlıq oldu: "Ona görə də həmin il yaxşı meyvə olmadı. Şaxta olmasa, yağan qarın ziyanından çox xeyri var”.

Şəkinin yüksək dağ kəndlərində isə hava şaxtalı olduğundan, hətta bəzi evlərin damından buz sallanıb. Həmçinin bəzi dağ kəndlərinə gedən yolların və körpülərin bir hissəsi də buz bağlayıb.


Müəllif:

Oxşar xəbərlər