24 Mart 2015 21:17
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığı ilə Fransada, Almaniyada və İspaniyada olan ölkənin səfirlikləri Alp dağlarında qəzaya uğramış təyyarənin sərnişinlərinin arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu araşdırır.

Bunu Trend-ə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Germanwings aviaşirkətinin Airbus A320 tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.


Müəllif:

Oxşar xəbərlər