19 May 2014 10:58
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.

Bu barədə Teleqraf.com-a TQDK-dan məlumat verilib.

Hazırda imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Proses başa çatdıqdan sonra yaxın günlərdə nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Qəbul imtahanının nəticələrinin isə yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun sonlarında aparılacaq.

Qeyd edək ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və “facebook” səhifəsində də yerləşdirilib.

NİGAR


Müəllif: