26 Mart 2015 15:52
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arıqlamaq üçün gün ərzində kifayət qədər zülal qəbul etmək lazımdır. Ancaq zülal orqanizm üçün faydalı məhsullardan alınmalıdır. Bu baxımdan ideal kiloda qalmaq üçün süd məhsulları inanılmaz effektə malikdir. Bəs arıqlamaq üçün süd məhsullarından necə istifadə etmək lazımdır?

Publika.az bu suala cavab axtarıb:

Süd məhsullarının tərkibində bol miqdarda kalsium var. Araşdırmalar göstərib ki, kalsium yağların əriməsi prosesini sürətləndirir.

Bir stəkan süd 250 mq. kalsium ehtiva edir. Gündəlik kalsium ehtiyacı 1000 mq-dır. Deməli 1 stəkan südlə kifayətlənmək olmaz. Kalsium ehtiyacını gün ərzində qatıq və yağsız pendir yeyərək ödəməlisiniz.

Pəhriz saxlayanlar pendir yeyə bilərlər. Pendirin yağsız növləri kökəltmir. Ancaq holland pendiri haqda bu fikri söyləmək olmaz. Yeməklərin üzərinə pendir rəndələmək əvəzinə bir az qatıq töksəniz, daha doğru seçim etmiş olarsınız.

Az yağlı qatıq orqanizm üçün çox faydalı olmaqla yanaşı, arıqlama prosesini də sürətləndirir. Unutmayın ki, pendiri həzm etmək daha çətindir. Ona görə də mədə və bağırsaqların sağlamlığı üçün pendir əvəzinə qatıq yeyilməlidir.


“International Journal of Obesity” adlı jurnalda yayımlanan araşdırmaya görə, pəhriz saxlayanlar arasında gündə 3 stəkan qatıq yeyənlər yeməyənlərə nisbətən 22 faiz daha tez kilo itirirlər.

Qatıq yeyənlərin əzələ nisbəti də daha yüksək olur. Onların bədənləri yağ itirsə də, əzələ balansını qoruyub saxlayır.

Qatıq yeyənlər çətin əriyən qarın yağlarından daha tez xilas olurlar.

Arıqlamaq istəyənlər üçün bir digər faydalı süd məhsulu da kefirdir.

Kefirin tərkibindəki zülal, kalsium və təbii şəkər qanda şəkərin səviyyəsini tənzimləməyə və aclıq hissini azaltmağa kömək edir.


Süd özü də olduqca faydalıdır. Ancaq süd içərkən bəzi qaydalara əməl etmək lazımdır. Süd içməzdən öncə və sonra ət yemək olmaz.


Kökəlmək istəmirsinizsə, yağsız və qaymağı götürülmüş süd içməlisiniz.


Müəllif:

Oxşar xəbərlər