19 May 2014 11:52
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin keçirilməsində məqsədin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılması olduğunu deyib.

Nazir son illərdə Azərbaycanda uğurlu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin nüfuzlu beynəlxalq institutlar, reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini bildirib:

“Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” 2013-cü il üçün hesabatında Azərbaycan mövqeyini yaxşılaşdıraraq iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutub. Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verib. Belə ki, son 10 il ərzində ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5,0 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb”.

Naibə


Müəllif: