Yaşıl çayın faydalarını saymaqla qurtarmaq olmaz.
Publika.az yaşıl çayın ən faydalı xüsusiyyətlərini araşdırıb:
Yaşıl çay həm orqanizm üçün faydalı olan, həm də gözəlliyinizin qayğısına qalan möcüzəvi bir bitkidir. Saçları gurlaşdırır, yeni saçların çıxmasına kömək edir, sellüliti yox edir, dişləri gücləndirir, qırışları azaldır.
Gənc və gözəl bir dəriyə sahib olmaq üçün bahalı markalara pul tökmək lazım deyil, yaşıl çaydan istifadə etmək kifayətdir.
Gündə üç fincan yaşıl çay içərək illərə meydan oxuya bilərsiniz.
Gündə üç dəfə yaşıl çay içsəniz, həm ruhunuzu, həm də bədəninizi gənc saxlaya bilərsiniz.
Yaşıl çay içmək incə qırışıqlıqları aradan qaldırır. Yaşıl çay yüksək miqdarda antioksidant ehtiva edir. Dərinin yenilənmə prosesini sürətləndirir.
Yaşlaşdıqca dəri elastikliyini itirir.
Göz ətrafındakı yorğunluq əlamətlərindən qurtulmaq üçün yaşıl çay paketini gözlərin üzərinə qoyub kompres edə bilərsiniz.
Yaşıl çay sellülitdən xilas olmaq üçün də ideal variantdır.
Ayaqlardakı sellülit və genişlənmiş damarlar üçün yaşıl çay möcüzəvi təsirə malikdir. Bunun üçün gündə üç dəfə yaşıl çay içməklə yanaşı, tərkibində yaşıl çay ekstartı olan skrab və maskalar tətbiq etməlisiniz.
Antioksidant mənbəyi olan yaşıl çay saçlar üçün də faydalıdır, saçları gurlaşdırır və tökülməsinin qarşısını alır. Kəpəyi aradan qaldırır və yeni saç köklərinin yaranmasını dəstəkləyir.
Yaşıl çayın dişlərə faydalı olduğunu bilirdinizmi?
Gözəl təbəssüm insanı olduğundan daha cazibədar göstərməyə qadirdir. Yeməklərdən sonra 1 fincan yaşıl çay içərək diş və diş ətlərinin sağlamlığını qoruya bilərsiniz. Yaşıl çay ağız qoxusunu da aradan qaldırır.