30 Mart 2015 02:43
577

Ötən gün Şabran rayonu və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Şabran kəndində ümumi sahəsi 600 kv.m olan quşyetişdirmə sexinin içərisində taxta yonqarı 20 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində isə beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsı 16 kv.m olan 1 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 1 kv.m sahəsı və 1 ədəd suqızdırıcısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: