1 Aprel 2015 11:10
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qobustan rayonundakı Gənclər Mərkəzində bu rayondan, eləcə də Ağsu, Şamaxı, İsmayıllı, Göyçayrayonlarından olan vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, qəbulda bu rayonlardan olan ailələr öz problemləri ilə bağlı müraciət ediblər.

Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun məsələləri elə yerindəcə həll edilməsi üçün tapşırıqlar verib.


Edilən müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, erkən nikah, məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinat, sağlamlıq, övladlığa götürülmə və digər məsələlr yer tutur.

Eyni zamanda, Komitəinin fəaliyyətinə və səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Qəbul zamanı rayon sakinləri tərəfindən təkliflər və müraciətlər edilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər