1 Aprel 2015 11:27
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birgə Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Xankəndi şəhər tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda seminar keçirilib.

DQİDK-dan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə qəsəbədə məskunlaşmış məcburi köçkünlər, eləcə də təhsil işçiləri və məktəbin pedaqoji kollektivi iştirak edib.

Seminarda çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Qədimov tədbirlər planı və onun mahiyyəti barədə məlumat verib, eyni zamanda seminarın əhəmiyyətindən danışıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüaqrov məruzə ilə çıxış edib. O milli-mənəvi dəyərlərimizin qorunmasından, dini radikalizmlə mübarizədən və ona qarşı həyata keçirilən tədbirlərdən söz açıb. Dövlət komitəsinin nümayəndəsi bildirib ki, qeyd olunan sahədə ardıcıl, genişmiqyaslı tədbirlər həyata keçirilir və həmin tədbirlər əhalinin bütün təbəqələrini əhatə edir.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda maarifləndirmə məqsədilə iştirakçılara müvafiq nəşrlər təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər