1 Aprel 2015 21:30
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində “Wasser Berlin International-2015” beynəlxalq su sərgi və konfransı keçirilib. Nüfuzlu “Wasser Berlin International 2015” sərgisində “Azərsu” ASC ilk dəfə olaraq xüsusi stendlə təmsil olunub, konfransda ASC-nin nümayəndə heyəti də iştirak edib.

Səhmdar Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə konfransda “Berlin EXPO Center”də təşkil olunmuş sərgidə “Azərsu” ASC-nin xüsusi dizaynla stenddə “Azərsu”yun tarixi və fəaliyyəti ilə bağlı xüsusi bannerlər yerləşdirilib.

Maraqlanan ziyarətçilərin və şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, Bakı şəhəri və Abşeron yarımadasında içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılıması məqsədi ilə “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan”a uyğun olaraq layihələrin icrası davam etdirilir. Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılıb. Master Plana əsasən, Bakı şəhəri və Abşeron yarımadasında 550 kilometr magistral, 8100 kilometr paylayıcı su xətləri, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı tikiləcək. Eyni zamanda kanalizasiya sistemi üzrə ümumi məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr tunel, 680 kilometr kollektor, 6400 kilometr kanalizasiya şəbəkəsi yaradılacaq.

4 gün davam etmiş sərgidə dünyanın 26 ölkəsindən su təchizatı və kanalizasiya sistemləri sahəsində peşəkar xidmətlər göstərən və bu sahədə yeni texnologiya və avadanlıq istehsal edən 557 şirkət təmsil olunub, 104 ölkədən 23 minədək peşəkar mütəxəssis ziyarətçi kimi iştirak edib. Növbəti “Wasser Berlin International 2017” sərgisinin 28-31 mart 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Sevil


Müəllif:

Oxşar xəbərlər