Milli Məclis Milli Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxıb.
Teleqraf.com-un xəbərinə görə, bu haqda İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, qeyd edib ki, bu təklif prezidentdən gəlib.
Onun sözlərinə görə, Elman Rüstəmov 20 ildir ki, Mərkəzi Banka uğurla rəhbərlik edir: "Bu günlərdə komitənin iclası keçirildi, orada qeyd olundu ki, Elman Rüstəmovun fəaliyyəti zamanı düzgünı pul-kredit siyasəti qurulub, bu proses real iqtisadiyyata dəstək göstərir. Komitədə deputatlar məndən xahiş etdi ki, hər iki namizəd müdafiə olunsun. Mən xahiş edirəm ki, Elman Rüstəmov və Xaqani Abdullayevin namizədliyinə səs verin. Qeyd edim ki, Mərkəzi Bank ölkənin müstəqil bank və maliyyə sistemində mühüm rol oynayır. Deputatlardan xahiş edirəm ki, bu məsələyə mövqe bildirsinlər".
Spiker Oqtay Əsədov qeyd edib ki, Elman Rüstəmov işgüzar, profsiaonal şəxsdir: "Mən də hesab edirəm ki, Elman Rüstəmov yaxşı mütəxəssisdir. Deputatlardan xahiş edirəm ki, bu məsələyə səs versinlər".
Daha sonra Elman Rüstəmovun Mərkəzi Bankın sədri təyin olunması məsələsi səsə qoyulub və qəbul edilib.
Xəqani Abdullayev isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
Nemət