3 Aprel 2015 13:01
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, SABAH tələbələri ilə görüşən səfir Paskal Mönye iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsindən danışıb və bu əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcəyini bildirib.

Sonra Strasburq Universitetinin prezidenti Alen Beretz SABAH tələbələrinə “Fransada ali təhsil və tədqiqat: xarici tələbələr üçün imkanlar” mövzusunda mühazirə oxuyub. A.Beretz Fransada ali təhsil institusiyaları, yüksək keyfiyyətli tədqiqatlar, strategiyalar, tətbiq olunan son yeniliklər barədə məlumat verib.

Tədbirin sonunda cənab Paskal Mönye və Alen Beretz tələbələri maraqlandıran sulalları cavablandırıblar.

SEVİL


Müəllif:

Oxşar xəbərlər