Maliyyə Nazirliyi Azərbaycan Respublikası hökumətinin Çin Xalq Respublikası hökumətinin Asiya İnfrastruktur İnkişaf Bankının yaradılması səylərinə dəstəyini həmin ölkənin Maliyyə Nazirliyinə bildirib.
Bu barədə Teleqraf.com-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmaq marağını ifadə edib.
Naibə QURBANOVA