3 Aprel 2015 16:24
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mətbuat Şurası və Tərəfsiz Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Ənvər Paşanın nəvəsi Osman Mayatepekin "Dədəm Ənvər Paşa" kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, Ənvər Paşa, Nuru Paşa və Xəlil Paşanın 1-ci Dünya müharibəsi dönəmində Osmanlı Türk cümhuriyyətinin yenidən formalaşmasında rolları əvəzsizdir. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda da istiqlala qovuşmaq istəyi artıq reallaşırdı:"Ənvər Paşanın ideyası və dəstəyi nəticəsində Azərbaycan və Dağlılar Cümhuriyyəti quruldu".

Millət vəkili Musa Qasımlı bildirib ki, ilk dəfə bakıya Ənvər Paşanın atası Əhməd Paşa gəlib. Onun sözlərinə görə, daha sonra Ənvər Paşa, bu gün isə onun nəvəsi Osman Mayatepek gəlib. M.Qasımlı apardğı tarixi araşdırmalardan danışaraq deyib ki, Azərbaycan Cümhuriyyətinin qurulması hələ 1915-ci ildə strateji hədəf kimi seçilmişdi.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər