4 Aprel 2015 12:25
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış futbol mütəxəssisi, AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov “Məşhurlar AAAF Park”da rubrikasının qonağı olub.

Söhbət zamanı ilk öncə AAAF Parkdan danışıb və bu məkanı çox bəyəndiyini qeyd edib: “Mən 3-4 il əvvəl AAAF Parkda olmuşdum, amma o vaxtdan indiyədək çox irəliləyiş olub. Deyərdim ki, gördüklərimə heyran qaldım. Burada insanların istirahəti üçün gözəl şərait yaradılıb. AAAF Parkı gəzərkən fitness zalı və futbol meydançalarını da gördüm, çox xoşuma gəldi. Buraya gələndə ürəyim açıldı. Gördüklərimi dostlarıma və həmkarlarıma deyəcəm ki, gəlib öz gözləri ilə bu məkanı görsünlər. Bir sözlə, AAAF Park çox xoşuma gəldi”.

Qeyd edək ki, rubrika çərçivəsində qonağa AAAF Park adından sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edildi.


Müəllif: