19 May 2014 17:14
1 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti “Tufan-2014” adlı hərbi oyunlar başlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, virtual təlimlərə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və müəllim heyəti, təhsil alan zabit və mülki dinləyicilər cəlb edilib.

Keçirilən hərbi oynunların məqsədi strateji və taktiki səviyyələrdə əməliyyatların planlaşdırılması və icra edilməsi təcrübəsinin dinləyicilərə çatdırılması, verilən tapşırıqlara əsasən qərarların vaxtında qəbul edilməsi prosesinin öyrənilməsidir.

Qeyd edək ki, hərbi oyunlar mayın 23-dək davam edəcək.

BƏXTİYAR


Müəllif: