Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsində faşizm üzərində qələbənin 70-ci ildönümünün qeyd olunması ilə əlaqədar AMEA institut və təşkilatlarının Veteranlar Şurasının sədrləri ilə yığıncaq keçirilib.
Şöbənin rəisi Eldar Quliyev 1941-45-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıqla əlaqədar görüləcək işlər barədə geniş məlumat verərək bildirib ki, yubileylə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında ölkə Prezidenti sərəncam imzalayıb və keçirilən tədbir həmin sərəncamın əsasında təşkil edilib.
Şöbə rəisi, həmçinin diqqətə çatdırıb ki, Tədbirlər Planında əksini tapan məsələlər Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyəti, Müdafiə Nazirliyi (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə) tərəfindən həyata keçiriləcək.
İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.
SEVİL