7 Aprel 2015 12:49
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-31 mart 2015-ci il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 112 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 67 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 16 iş üzrə 10 min 650 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 1578.97 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 238 iş üzrə 97889.4 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 8, məhkəmələrə isə 6 iş göndərilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər