8 Aprel 2015 09:45
548

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Ağstafa və Qazax, işlər başa çatanadək isə Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Müəllif: