8 Aprel 2015 11:36
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region gənclərinin narkomaniya bəlasından qorumasında QHT-lərin rolunun artırılması mövzusunda maarifləndirmə aksiyalarının təşkili" layihəsinin icrasına start verib.

Layihə rəhbəri Ədil Ədilzadənin Teleqraf.com-a verdiyi məlumata görə, 3 ay həyata keçiriləcək layihə çərçivəsində İsmayıllı, Şirvan və Samuxda gənclər arasında narkomaniyaya meyilliliyin qarşısını almaq üçün maarifləndirmə işi aparılacaq. Sözügedən rayonlarda “Narkomaniyaya yox deyək!” adlı 100 metrlik məsafəyə qaçış idman yarışı təşkil olunacaq. Həmçinin gənclərin böyük əksəriyyətinin facebook istifadəçisi olduğunu nəzərə alaraq bu sosial şəbəkədə narkomaniyanın törətdiyi bəlalarla bağlı maarifləndirmə işi davam etdiriləcək.

“Narkomaniya gəncliyimizi əlimizdən ala bilməytəcəksən!” devizi altında qurup yaradılacaq. Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər.

BƏXTİYAR


Müəllif: