8 Aprel 2015 16:01
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-i Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim, fədakar ana Zərifə Əliyevanın doğum günüdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Bu il də Zərifə Əliyevanın 92-ci ildönümünə həsr olunmuş respublika üzrə intellektual yarış keçiriləcək.
Bu məqsədlə 7 regionda 52 şəhər və rayonu təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçiriləcək.

İlk regional seçim turu Ağcabədi rayonunda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Füzuli, Yevlax, Zərdab rayonlarını təmsil edən komandaların iştirakı ilə keçirilib.

Daha sonra Samux rayonunda Gəncə şəhəri və Samux, Tovuz, Gədəbəy, Ağstafa, Naftalan, Xocalı, Daşkəsən, Goranboy, Şəmkir, Göygöl rayonlarını təmsil edən komandaların iştirakı ilə keçirilib.

Keçirilən tədbirlər Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlanıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi çıxış edərək Zərifə xanım Əliyeva haqqında tədbir iştirakçılarına məlumat verib. Rəsmi hissədən sonra yarışa start verilib.

Regional seçim turlarında Bərdə və Tovuz rayonlarını təmsil edən komandalar fərqlənərək 28 aprel 2015-ci il tarixində Bakı şəhərində (Bakı şəhəri rayonları da daxil olmaqla) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə təşkil ediləcək final yarışında iştirak hüququ əldə ediblər.

Hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud uşaq olmaqla) məktəbli iştirak edir.

Final yarışda I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, regional seçim turları davam etdirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər