“İRƏLİ” İctimai Birliyi Azərbaycan Texniki Universitetində təqdimat keçirib.
Tədbirdə universitetin prorektoru İsa Xəlilov və tələbələr iştirak ediblər. Təqdimat zamanı “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilib, qruplarla iş mexanizmi müzakirə olunub, yeni təşəbbüslər səsləndirilib.
Sonda “İRƏLİ” İB-in Azərbaycan Texniki Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olunub.