9 Aprel 2015 11:12
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havalar isinən kimi xanımların çoxu necə arıqlamaq haqqında düşünür. Yayı daha incə, nərmə-nazik bədən quruluşu ilə qarşılamaq istəyənlər üçün diyetoloqlar sarımsaq suyunu təklif edirlər. Antioksidant anbarı olan sarımsaq suyu bədəni inanılmaz dərəcədə arıqladır.

Publika.az arıqladan sarımsaq suyunun reseptini təqdim edir:

Sarımsaq suyundakı bəsləyici elementlər immun sistemini gücləndirir, infeksiyaları məhv edir və orqanizmi pis xolesterindən qoruyur.

Sarımsaq suyunun arıqladıcı xüsusiyyəti olduğuna görə, arıqlamaq istəyənlər üçün ideal təklifdir. Tərkibindəki alisin maddəsi artıq yağları yandırdığı üçün köklüyə və piylərə qarşı çox təsirlidir.

Sarımsaq suyu necə hazırlanır?

1 baş sarımsağı yaxşıca yuyun. Sarımsaq əzəndə püre halına gələnə qədər yaxşıca əzin. Süzgəcdən keçirilmiş sarımsağın suyunu süzün. Sarımsaq suyunun üzərinə bir neçə stəkan təmiz su əlavə edib qarışdırın. İçinə bir neçə damcı limon və şəkər əlavə edərək də içə bilərsiniz.

Sarımsaq suyunu birbaşa içmək istəməsəniz, yeməklə birlikdə və ya sulu xörəklərə töküb qarışdıraraq içmək olar.


Müəllif:

Oxşar xəbərlər