“Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyeva Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının birgə təsis etdiyi Rövşən Mustafayev medalı ilə təltif edilib”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında AMEA-nın İnsan Hüquqları İnstitunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. Onun sözlərinə görə, bu medal beynəlxalq insan hüquqları təşkilatları və Rövşən Müstafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib: “Həm Mehriban xanım Əliyevanın, həm də Leyla xanım Əliyevanın bu medalla təltif edilməsi Qarabağ həqiqətlərinin dünyada yayılması, Xocalı soyqırımı ilə bağlı həyata keçirilən əhəmiyyətli işlərlə bağlıdır: “Onların bu istiqamətdə fəaliyyyəti nəticəsində dünyada erməni yalanları alt-üst olub və bu yalanlarınifşası istiqamətində işlər davam etdirilir”.
BƏXTİYAR