Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, tədbirdə çıxış edən institutun direktoru Aytən Mustafayeva soyıqırı ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, "erməni soyqırımı" ilə bağlı saxta ittihamlar ifşa edilir.
Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıçın təmsil etdiyi təşkilat 15 il əvvəl erməni araşdırmalar institutu kimi yaradılıb. Onun sözlırinə görə, bu mərkəz bu istiqamətdə Türkiyədə yeganə düşüncə mərkəzidir: “Türkiyə və Azərbaycan hər zaman yalançı erməni soyqırımi iddiaları ilə ittiham olunur. Bu baxımdan iki ölkənin bu istiqamətdə birgə iş aparması vacibdir. Ermənilərin iddia etdiyi kimi I Dünya müharibəsində heç də soyqırımı baş verməyib. Müharibə olan bir yerdə insanların həlak olması yazılmamış qanundur. Ona görə də bununla bağlı Türkiyəni ittiham etmək yalnışdır və biz bunu sübut etmişik.
Prezident Administrasiyasının xarici KİV və QHT-lərlə iş üzrə sektor müdiri Fuad Axundov bildirib ki, bütün dövlətlərin rəhbərlərin hər zaman qondarma soyqırım iddiası olduqda bunun tarixiçilərin işi olduğunu qeyd edirlər. Onun sözlərinə görə, bügünkü erməni dövləti polietnik bir regionda yerləşir: “Amma necə olur ki, bu dövlət özü-özlüyündə monoetnikdir. Ermənistan bütün beynəlxalq ticarət yolları üzərində yerləşir. O cümlədən erməni tarixşünaslığı da "unikaldır". Lakin dünya alimləri qeyd edirlər ki, bu tarixçünaslıq saxtadır. Saxta tarixşünaslığın nəticəsidir ki, bu gün saxta soyqırımı meydana gəlib. Ancaq alimlər bu məsələni demək istəmirlər”.
BƏXTİYAR