10 Aprel 2015 13:03
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihənin məqsədi orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirməkdir. Layihə çərçivəsində orta məktəb şagirdləri üçün maarifləndirici xarakterli material hazırlanacaq və Yevlax rayonunda orta məktəb şagirdləri arasında paylanacaq, pilot olaraq seçilmiş orta məktəbdə GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələrlə bağlı inşa müsabiqəsi elan ediləcək.

BƏXTİYAR


Müəllif: