Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkədə ümrə ziyarətində olublar. Azərbaycan prezidenti və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qılıblar. Ölkə baçısı və ailə üzvləri müstəsna hallarda qapıları açılan Kəbə evinə daxil olublar, burada da namaz qılıblar.
Azərbaycan prezidentinin bu addımının yüksək qiymətləndirən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycan dünyəvi dövlət olsa da, milli kimliyi ilə bərabər dini kimliyi də etimad və sevgi əsasında toxunulmaz, müqəddəs dəyərlərə çevrilib. Onun sözlərinə görə, qloballaşan dünyada baş verən proseslər kontekstində Azərbaycan dövlətinin tutduğu mövqe xalqımızın milli mənafeyinə hesablanmış şəkildə həyata keçirilir: “Təmsil etdiyim gerçək din adamları adına hər zaman bəyan etmişəm ki, Azərbaycanda milli və mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Bu günlərdə ölkə başçısının dünya müsəlmanlarının müqəddəs məkanı olan Məkkə şəhərində Kəbəni və Mədinədə sevgili peyğəmbərimizi mübarək məzarını ziyarət etməsi bütün ölkə müsəlmanları üçün olduqca sevindirici hadisədir. Bu bir daha göstərir ki, Azərbaycanda istər millətlərarası, dinlərarası, istərsə də məzhəblərarası münasibətlərin dözümlü şəraitdə hökm sürməsində prezidentin şəxsən özünün xüsusi xidmətləri var. Əsrlərdir Azərbaycan xalqının ehtiram göstərdiyi şəcərəsi və əməli bəlli Əhli-beyt mənsubu olaraq, Prezident İlham Əliyevin ziyarəti və orada Qarabağın işğaldan azad olunması, dövlətimizin daha da möhkəmlənməsi üçün etdiyi duaların Azərbaycanın qüdrətinin artmasına xeyirli bir vəsilə olacağına inanıram”.
BƏXTİYAR