10 Aprel 2015 15:49
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, sosial şəbəkələrdə və mediada təbliği ilə bağlı lahiyəyə start verir.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, lahiyə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək. Məqsəd ölkənin informasiya siyasətinə dəstək verilməsidir. Dövlətin informasiya təhlükəsizliyi siyasəti ilə bağlı ümumi və əhatəli maarifləndirmə siyasətinin aparılmasıdır. Milli təhlükəsizliyi təhdid edən hərbi sirr sayılan informasiyalara qarşı vahid mövqedən çıxış imkanlarının formalaşdırılmasıdır.

BMAM sədri Rufiz Qonaqov məsələ ilə bağlı bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir: “Ona görədə informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Bu hal milli təhlükəsizliyə informasiyaların cddi zərər yetirməməsi, əhalinin panik duruma düşməməsi baxımından olduqca əhəmiyyətlidir. 2014-cü ilin yayında cəbhə xəttində baş verən hadisələr zamanı sübut olundu ki, informasiya təhlükəsizliyini qorumaq üçün ictimai maarifləndirmə kampaniyasına ehtiyac vardır. Reallıqdır ki, Azərbaycanda informasiya resurslarının həm inkişafına, həm də informasiya təhlükəsizliyi siyasətinə ehtiyac vardır və bu sahədə müvafiq addımların atılması zərurəti yetişib. Bu təbii ki, dövlətin işidir və qəbul olunan qanunvericilik bazasında müxtəlif dəyişikliklər edilməsi ehtimalı çoxdur. Eyni zamanda vətəndaş cəmiyyətinin üzərinədə müxtəlif vəzifələr düşür”.

Qeyd edək ki, lahiyə çərçivəsində Bakıda və bölgələrdə yerli icra hakimiyyətləri ilə birgə ictimai müzakirələr keçiriləcək. İctimai müzakirələrin sonunda isə media və yeni media, ictimai sektor təmsilçiləri, vətəndaş fəallarından ibarət birgə analitik qruplar yaradılacaq. Bu analitik qruplar təkliflər paketi hazırlayaraq mərkəz rəhbərliyinə təqdim edəcək. Hazırlanan təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim ediləcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər