10 Aprel 2015 19:13
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ( RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədi ilə dərc olunan növbəti bülleten ilə bağlı bu gün brifinq keçirilib.

Bülletenin budəfəki nömrəsində “Elektron hökumət” portalı, tətbiq olunan yeni xidmətlər, e-sənəd mübadilələri, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” sahəsindəki təcrübələri barəsində ətraflı məlumatlar öz əksini tapıb.

Tədbirdə MHM-in direktoru Nail Mərdanov görülən işlərdən danışaraq bildirib ki, aprel ayının 1-nə görə, “Elektron hökumət” portal üzərindən e-xidmətlərə edilən müraciətlərin sayı 8 milyon 600 mini keçib. Ümumilikdə bu günə qədər, yəni portalın fəaliyyətə verildiyi gündən bu vaxta qədər portala daxil olan istifadəçilərin ümumi sayı 1,5 milyona çatıb. Onun sözlərinə görə, portal üzərindən 413 e-xidmət təqdim olunur:

“Xidmətlərin çeşidləri durmadan artır, istifadə sayında da dinamik artım müşahidə olunur. Təqdim olunan xidmətlər daha çox sosial əhəmiyyəti olan və praktik tətbiq olan xidmətlərə çevrilməkdədir”.

Nail Mərdanov qeyd edib ki, MHM yerli icra orqanları ilə geniş əməkdaşlığa başlayıb və mart ayında rəhbər işçilərin qəbuluna onlayn yazılmaq proqram məhsulu hazırlanıb. Onun sözlərinə görə, ilk olaraq Biləsuvar rayonunda sözügedən xidmətin tətbiqinə başlanılıb.

Biləsuvar rayon icra hakimiyyətinin nümayəndəsi Sevil Şükürlü də qeyd edib ki, yerlərdə yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi sakinlər tərəfindən müsbət qarşılanır: “Biləsuvar rayon icra hakimiyyəti elektron xidmətlər göstərən ilk icra hakimiyyəti orqanlarından biri oldu. İcra hakimiyyəti tərəfindən e-xidmətlərin genişləndirilməsi istiqamətində işlər görülür. Bura ailə tərkibi haqqında arayışın verilməsindən tutmuş, digər sahələri də özündə əks etdirən təxminən 10-a yaxın xidmət daxildir”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər