12 Aprel 2015 00:40
591

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8 isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.


Müəllif: