20 May 2014 11:26
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a daxil olan məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dək Şirvan və Göygöl rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Goranboy rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq. Həyətyanı sahələrin qarşısından keçən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz təchizatı şəbəkəsində şkaf tipli qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Ağsu rayonunun bir hissəsinə də bu məhdudiyyət tətbiq olunacaq.

Saat 11:00-dan 13:00-dək Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə də qaz verilməsində fasilə müşahidə olunacaq.


Müəllif: