12 Aprel 2015 11:38
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni axtarış xidməti olan “StumbleUpon”un Azərbaycanda generasiya trafiki artmağa başlayıb.

Trend-in məlumatına görə, 2015-ci ilin martından etibarən, (p2p və bloqinq sosial şəbəkələrini birləşdirən axtarış xidməti olan “Sumble Upon” trafikinin generasiyasına dair statistik göstəricisi “GlobalStats” statuistik mərkəzinin hesabatına daxil olunub.

Yeni platforma sayılan “StumbleUpon”un payına Azərbaycanda generasiya olunan sosial media trafikinin 0,4 faizi düşüb.

Azərbaycanda “Facebook” sosial şəbəkəsi trafik generasiyasına görə 82,7 faizlə üstünlük qoruyur.

2015-ci ilin birinci rübünün nəticələrinə görə, ölkədə “Facebook”un trafik generasiyası 5,6 faiz aşağı düşüb.

“Twitter” şəbəkəsi üzrə isə Azərbaycanda 33,4 faiz artım müşahidə olunub. Bu sosial şəbəkə Azərbaycanda 7,5 faizlə ikinci yeri tutur. Üçüncü yerdə 2,8 faizlə “Vkontakte” sosial şəbəkəsidir.

Sonrakı yerləri isə 1,8 faizlə “Google+”, 1,6 faizlə “Pinterest”, 1,6 faizlə “Tumblr” və digər şəbəkələr tutur.


Müəllif:

Oxşar xəbərlər