Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib. Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasından Trend-də bildiriblər ki, onların yarısına yerində ilkin tibbi yardım göstərilib.
FHN-dən Trendə bildiriblər ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binalardan birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, şöbəyə 15 xəstə daxil olub. Vəziyyətləri orta ağırdı. Hamısı böyükdür. Günün sonu evlərinə buraxılacaqlar.
X X X
Şöbə müdiri daha sonra Trendə bildirib ki, xəstəxanaya zəhərlənən lərdən 25 nəfəri daxil olub. Onların hamısı müayinə edildikdən sonra evə buraxılıblar.