Hadisə zamanı ümumilikdə 27 nəfər həkimə müraciət edib
"Metropark" ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Kliniki Tibbi Mərkəzə 27 zərərçəkən gətirilib.
Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, xəstələrin vəziyyəti orta ağır olub: "Zərərçəkənlərin hamısı müayinə olunaraq tibbi yardım göstərilib. Onlarıт hamısı artıq evlərinə buraxılıb".