13 Aprel 2015 08:15
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.

Cari ilin əvvəlindən bu günədək Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə 236 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 74-ü qadın, 39-u gəncdir. Müraciət edənlərdən 116 nəfəri öz peşəsinə uyğun daimi işlə təmin olunub. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, rabitə və kommunal xidmət sahələrində işlə təmin ediliblər.

Həmçinin ötən dövrdə mərkəz tərəfindən 27 nəfərə işsizlik status verilərək müavinət təyin olunub.

Mingəçevir şəhər Əmək Birjasına isə ötən müddət ərzində cəmi 6 nəfər işaxtaran vətəndaş müraciət edib. Qeydiyyatda olanlardan 104 nəfəri mövsümi xarakterli müvəqqəti işlə təmin olunub.


Müəllif:

Oxşar xəbərlər