13 Aprel 2015 10:22
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son bir necə gün ərzində müşahidə edilən qeyri-sabit hava şəraiti aprelin 14-ü gündüzə kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, sabah günortadan sonra əksər rayonlarda yağıntılar kəsiləcək.

Hazırda isə Bakıda və Abşeron yarımadasında müşahidə edilən, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gündüz saatlarında 7-10 dərəcə isti olacağı gözlənilir.

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir dərəcə aşağıdır və müşahidə edilən hava şəraiti aprel ayı üçün xarakterikdir.

Hazırda Azərbaycanın rayonlarında da hava yağıntılıdır. Dağlıq ərazilərə sulu qar yağır.


Müəllif:

Oxşar xəbərlər