Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Aprelin 13-də Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Kəmaləddin Heydərov ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verib.
Görüş zamanı qarşı tərəf Tatarıstan Respublikasında müvafiq sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyəti barədə geniş məlumat verib.
Sonra fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İLHAMƏ