14 Aprel 2015 16:54
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Kəmaləddin Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə etmiş, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

Nazir səfir Salem Xalifa Mohamed Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər