“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “İdarə heyətinin formalaşdırılması” mövzusunda növbəti təlim keçirib.
Teleqraf.com-un məlumatına görə, 20-dən çox dövlət müəssisəsinin nümayəndəsinin iştirak etdiyi tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə şirkətin icra orqanının rolu və səlahiyyətləri, onun növləri, habelə icra orqanı üzvlərinin hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.
Təlim çərçivəsində icra orqanı institutu ilə bağlı mövcud beynəlxalq təcrübə barədə məlumat verilmiş, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb.
Sonda təlim iştirakşılarının sualları cavablandırılıb. Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Naibə QURBANOVA