QOÇ - Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə olunacaq. Bunun qarşısını almaq üçün proqnozunuzu oxuyan kimi səbr nümayiş etdirməli, mübahisələrdən uzaq olmalısınız.
BUĞA - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında uzaqgörənliyə ehtiyacınız olacaq.
ƏKİZLƏR - Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz gözləmədiyiniz halda həll olunacaq. Sevginizi məhdudlaşdırmayın.
XƏRÇƏNG - Təxminən saat 14-ə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranın ki, xəsarət almayasınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür.
ŞİR - Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Yersiz hücumlarınızı dondurun.
QIZ - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Aldığınız təkliflərdən imtina etməyə tələsməyin. Götür-qoy edin.
TƏRƏZİ – Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın.
ƏQRƏB - Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.
OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Odur ki, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz. Uzaq səfərləri hələlik təxirə salın.
OĞLAQ - Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üz tutasınız. Gün ərzində oturaq fəaliyyətdən uzaq olmanız məsləhətdir.
SUTÖKƏN - İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin.
BALIQLAR - Bu füsunkar günlə layiqincə davransanız, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən yayının.