20 May 2014 13:14
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təmiz Dünya” Qadınlara Yaradım İctimai Birliyi, Sülh korpusu və "Gulsam" əlillərin dizayn İctimai Birliyi Agsu şəhərində bir qrup qadınlar arasında Gender (kişi qadın) bərabərliyi haqqında Qanunun müzakirəsini aparıb.

Müzakirə zamanı qanundan irəli gələn müddəalar iştirakçıların diqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbul etmədə iştirakına mane olan amillərə toxunulub.

Qeyd etmək istrıdik ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdan ibarət QHT Koalisiyası tərəfindən icra olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi çərçivəsində Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa yenidən baxış edilmiş və qanunda mpvcud olan boşluqlarla bağlı paket təkliflər hazirlanmışdır. Bu tədbirdə həmin boşluqlar iştirakçılarla birgə müzakirə edilmiş onların rəyi öyrənilmişdir.

Təlim zamanı iştirkçılar tərəfindən mövcud vəziyyətlə bağlı təhlil göstərdi ki, Agsu rayonunda qadınlara qarşı qatı sterotiplər mövcuddur. Hətta rayonda vəzifədə olan qadınlarla ailə qurmaq belə böyük qəbahət hesab edilir.

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə, rayonda qadınlara qarşı mövcud sterotiplərin aradan qaldırılmasına dair uzun müddətli proqramların hazırlanmasını təkilf edir. Bu regiondan olan qadınların qadın işştirkçılığı prorqamlarıda daha aktiv fəaliyyətinin təmin edilməsi, eləcə də onların vasitəsilə mühitin dəyişməsinə təsir etməyi təklif edir. O cümlədə gender bərabərliyini təminatında sterotiplərin aradan qaldırılmasına təsir edə biləcək kişi içtirkaçılığının da nəzərdə tutulmasını effektiv addım kimi qiymətləndirir.

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyi bu prosesdə Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə könüllü yardımını təklif edir.


Müəllif: