Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 24 aprel 2015-ci il tarixdə, saat 11:00-da Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
Naibə QURBANOVA