20 May 2014 14:20
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin “Karyerada ilk addım” devizi altında cari ilin aprel-may aylarında keçirdiyi aktiv məşğulluq tədbirlərində ümumilikdə 511 nəfər müvafiq göndərişlə boş iş yerlərinə göndərilib.

Teleqraf.com-un məlumatına görə, aprelin 10-da “Odlar Yurdu” Universitetində keçirilən aktiv məşğulluq tədbirində 216 nəfərə boş iş yerlərinə göndəriş verilib, 29 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıb, 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub. Mayın 6-da Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirakı ilə) keçirilən tədbirdə isə boş iş yerlərinə göndəriş verilənlərin sayı 160 nəfər, peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınanların sayı 49 nəfər, CV qəbul edilənlərin sayı 705 nəfər təşkil edib.

Mayın 16-da Qafqaz Universitetində keçirilən aktiv məşğuluq tədbirində isə 135 nəfərə boş iş yerlərinə göndəriş verilib, 35 nəfər peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınıb. İşəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün 622 tələbə və məzundan CV-lər qəbul edilib.

Naibə


Müəllif: