16 Aprel 2015 00:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmmədəmin Rəsulzadənin "Bakmil" metrostansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulmuş büstü bugünlərdə metropolitenin rəisi Zaur Hüseynov göstərişi ilə dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılması BAXCP-nin də ciddi narazılığına səbəb olub.

Bununla bağlı mətbuata acıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bidlrib ki, Rəzulzadənin büstünə qarşı bu cür davranışı BAXCP qətiyyətlə pisləyir və bunu qəbuledilməz hal kimi dəyərləndirir: “Bunu Azərbaycan Xalq Cümhuriyyətinin liderinin xatirəsinə sayğısızlıq kimi qəbul edirik. 1991-ci ildə qəbuk edilmiş Azərbaycan Respublikasının suvernlik Aktında yazılıb ki, indiki Azərbaycan AXC-nin varisidir. Prezident İlham Əliyev Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə təqdir olunası bir sərəncam imzalayıb və hörmət və ehtiramını göstərib.

Sərəncamda onun irsinin öyrənilməsi yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutub. Zaur Həsənovun da prezidentin sərəncamından xəbəri olmamış deyil. Bu qurumun rəsmi acıqlaması ilə də tanış olduq. Yazırlar ki, büst uzun müddət əvvəl qoyulub və keyfiyyətsiz materialdan hazırlanmışdı. Artıq yararsız hala düşmüşdü depo ərazisində təmir aparılır. Həmin işlər çərçivəsində büst oradan götürülüb, amma dağıdılmayıb. Yarasız büstün orada qalması M.Rəsulzadənin ruhuna hörmətsizlikdir. Büstün bərpa edilməsinə çalışdıq, amma bu mümkün olmadı. Və yeni büstün təmir işləri tam başa çatandan sonra ora yerləşdirilməsi hələ ki, planda yoxdur. Niyə planda yoxdur? Nə böyük vəsait tələb olunur ki, yeni büstün qoyulması?! Düşünürük ki, Rəzulzadəyə qarşı bu münasibət aradan qaldırılmalıdır və yeni büst hazırlanıb yerinə qoyulmalıdır”.

AZAD


Müəllif:

Oxşar xəbərlər